Ədliyyə Nazirliyinin Penitensiar Xidməti əsgərlərə sovqat aparıb - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, muxtar respublikada xalq-ordu birliyinə nümunə olaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən hərbi hissəyə sovqat aparılıb.
Əsgərlərlə görüşdə çıxış edən Penitensiar Xidmətin əməkdaşı Əli Rəhimov hərbi qulluqçulara xoş arzularını çatdırıb. Qeyd edilib ki, hazırda ordumuz tərəfindən uğurlu əks hərbi əməliyyatlar davam etdirilir. Hər ötən gün yeni yaşayış məntəqələri və yüksəkliklər igid oğullarımız tərəfindən azad olunur. Bu da hər birimizdə böyük ruh yüksəkliyi yaradır, xalq-ordu birliyini daha da möhkəmləndirir. Xalqımız qarant yerimiz olan ordumuza daim dəstək göstərir, onların yanında olduğunu hər zaman nümayiş etdirir.
Gətirilən 80 kq ət, 500 kq kartof, 150 kq soğan və digər ərzaq məhsulları, həmçinin qadın məhkumlar tərəfindən toxunulan 200 cüt yun corab hərbi hissəyə təhvil verilib.
Sadiq Məmmədov