NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, xalq-ordu birliyinə nümunə olaraq Naxçıvan şəhərində fəaliyyət göstərən “Sürət Karqo MMC” Şahbuz rayonundakı hərbi hissəyə sovqat aparıb.
Tədbirdə “Sürət Karqo MMC”-nin direktoru Rüfət İbrahimov çıxış etdikdən sonra cəmiyyət tərəfindən gətirilən 2300 manat dəyərində ət və digər ərzaq məhsulları, isti geyimlər hərbi hissəyə təhvil verilib.
Hərbi hissənin zabiti İlkin İbrahimov gətirilən sovqat payı və göstərilən diqqətə görə hərbi hissənin şəxsi heyəti adından təşəkkürünü bildirib.
Xosrov İbrahimov