Əsgərlər Heydər Əliyev muzeyini ziyarət ediblər - FOTOLAR

A- A A+

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə Naxçıvan qarnizonunda həftə ərzində döyüş və ictimai-siyasi hazırlıqda yüksək nəticələr qazanmış əsgərlərimizin tarixi yerlərə və muzeylərə növbəti gəzintiləri təşkil olunub. Bu dəfə əsgərlərimiz Heydər Əliyev Muzeyini ziyarət edib,  ümummilli liderimizin ana Vətənimiz Azərbaycana həsr etdiyi mənalı ömür yolunu özündə əks etdirən eksponatlarla yaxından tanış olublar. Onlara Ümummilli liderin həyatı, 1990-93 cü illərdə Naxçıvanda göstərdiyi ictimai və siyasi fəaliyyəti ilə bağlı ətraflı məlumatlar verilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: