Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçirilib - VIDEO - VİDEO
Avropa Liqasında yarımfinal mərhələsinə start verilib.
NUHÇIXAN-ın məlumatına görə, ilk oyunlar çərçivəsində 2 qarşılaşma baş tutub.
Erkən final sayılan “Arsenal” – “Atletiko” cütü Londonda münasibətlərini aydınlaşdırıb. 10-cu dəqiqədə Vrsalikonun ikinci sarı vərəqə almasından sonra 80 dəqiqə azlıqda oynayan madridlilər İngiltərədən ümidli dönməyi bacarıblar. Dieqo Simeonenin yetirmələri hesabda geri düşsələr də, sonradan toparlanaraq vacib bərabərlik qolunu vuraraq cavab oyunu öncəsi üstünlüyə yiyələniblər.
Şotlandiyalı Viliam Kallumun fit çaldığı oyunda isə Fransa “Marsel”i doğma azarkeşlər önündə turnirin sürpriz komandası “Zalsburq”a yerini göstərib. Meydan sahibləri 2:0 hesablı qələbəyə seviniblər.