İşğaldan azad olan,
Torpaqlara zəng gəlir!
Qarabağ rövnəqlənir,
Qarabağ çiçəklənir...
Alo, eşidirsiniz?
Telefonda danışan,
Naxçıvan sakinidir.
Birləşdirin siz məni,
Kəlbəcərlə, Laçınla,
Danışmaq istəyirəm,
Yaralı torpaqlarla!
Xankəndindən, Ağdamdan,
Muğam səsi gəlirmi?
Xocalıda insanlar,
Namaza düzlənirmi?
Oymaq-oymaq talanan,
Yurdum bizi çağırır.
Turşsu, İsa bulağı,
Haray çəkib bağırır.
Qoşun antennaları
Murovun zirvəsindən.
"Danışır Azərbaycan",
Kəliməsini eşidək,
Laçından, Kəlbəcərdən.
Televiziya dalğası,
Qoy Şuşadan danışsın.
Müxbirlər, jurnalistlər,
Verilişlər hazırlasın.
Deyiləcək xəbərlər,
Veriləcək süjetlər,
Yüzlərlə, minlərlədir.
Radionun mərkəzi,
Deyəsən Tərtərdədir.
Budur, deyəsən, indi,
Eldost Bayram danışır.
Onun səsiylə birgə,
Qarabağ da danışır.
Yazılı qətnamələr,
Müqavilə, sazişlər.
Bu ilin payızından,
Gömüldü torpaq altda.
Unutmayın, a dostlar
Tarix bu gün yazılır,
Yenidən Qarabağda...
Diqqət-diqqət duyursuz,
"Azərbaycan, Azərbaycan,
Sənsən mənim
Şan-şöhrətim" mahnısı,
Oxunur, Qarabağda...
Müzəffər Zəfər (05 noyabr 2020.Naxçıvan)