İtaliya prezidenti Sercio Mattarella iyulun 18-dən 19-dək Azərbaycanda rəsmi səfərdə olacaq.
NUHÇIXAN-ın məlumatına görə, bu barədə İtaliya prezidentinin mətbuat xidməti bildirir.
Səfər zamanı İtaliya Prezidenti Sumaqyıt Kimya Sənaye Parkına getməyi və İtaliyanın Maire Tecnimont şirkətinin inşa etdiyi polipropilen istehsalı üzrə zavodun fəaliyyəti ilə tanış olmağı planlaşdırır.
Prezident İlham Əliyev ilə birgə Mattarella İtaliya-Azərbaycan biznes forumunda iştirak edəcək.
Sercio Mattarellanın səfər proqramına həmçinin İtaliyanın Azərbaycandakı səfirliyinin, "ICE"nin əməkdaşları və İtaliya icmasının nümayəndələri ilə görüşlər də daxildir.