Fransada 100 000 insanın iştirakı ilə maraqlı araşdırma aparılıb.
Araşdırma zamanı alimlər ağciyərin sağlamlığına ən yaxşı təsir edən məhsulları araşdırıb.
Mütəxəssislər qeyd edir ki, bu məhsullar tərkibində olan vitamin və antioksidantların sayəsində ağciyəri təmizləyir, fəaliyyətini yaxşılaşdırır, ağciyər xəstəliklərinin inkişafı riskini azaldır.
NUHÇIXAN xarici KİV-lərə istinadla bu məhsulların siyahısını təqdim edir:
- kəsmik
- yumurta
- dəniz məhsulları
- qoz
- cəfəri
- badam.
Alimlərin fikrinə görə, bu məhsullarn gündəlik istehlakı ağciyərin sağlamlığını xeyli yaxşılaşdıra bilər.