Azərbaycan əsgəri

A- A A+

Haçan qanın qaynadı

Yer yerindən oynadı.

Sən bu Vətən uğrunda

Savaşdan heç doymadın.

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri!

 

Dünya türkün dünyası,

Vətən ömrün mənası.

Başda Turan sevdası

Bağrına bas Xəzəri.

Sənsən uca Allahın

Ən sevimli əsəri

Azərbaycan əsgəri!

 

Səni görən olmadı

Söyüş meydanlarında.

At oynatdın hər zaman

Döyüş meydanlarında

Vətənə bahar oldun

Ömrünün baharında.

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri!

 

 

İman dolu köksünə

Nə ox, nə güllə dəysin.

Uca Tanrı düşməni

Sənin əlinlə döysün.

Hünərinə sevinib

Coşsun Araz, Həkəri:

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri!

 

Sən vüqarlı Haçadağ,

Sən yenilməz Əlincə.

Meydanlardan çıxmadın,

Yağı düşmən ölüncə.

Sənsən Ana yurdumun

Açılan hər səhəri,

Ey tarixin ilk əri,

Azərbaycan əsgəri!

Hüseyn Bağıroğlu

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: