Xalqla ordunun birliyi onu daha qüdrətli, yenilməz edir - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Vətən Müharibəsi günlərində kənd təsərrüfatı ilə məşğul olan ailə təsərrüfatçıları, fermer və sahibkarlar istehsal etdikləri məhsullardan ön cəbhəyə də göndərərək əsgərlərimizə mənəvi dəstək oldular. Məhz bu birlik və əsgərlərimizin dəyanəti bizi böyük Qələbəyə apardı.
Bu cür xeyirxah ənənənin davamı olaraq Şərur rayonundakı hərbi hissəyə sovqat aparan rayon fermerləri böyük qələbəni əsgərlərlə birlikdə qeyd ediblər. Apardıqları ət və meyvə-tərəvəzi hərbi hissəyə təhvil verən fermerlər çıxış edərək ordumuzun möhkəmlənməsindən, qüdrətlənməsindən, böyük qələbənin əldə olunmasında göstərdikləri şücaətlərdən danışıblar.
Bildiriblər ki, ordumuza bundan sonra da güclü mənəvi dəstəyi davam etdirəcək, xalq-ordu birliyinə nümunə olaraq daim əsgərlərimizin yanında olacaqlar.
Məhəmməd Fərəcov