Azərbaycanda internetə tətbiq olunan məhdudiyyət aradan qaldırılıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların və kiberinsidentlərin qarşısının alınması məqsədilə Azərbaycanda internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla, aradan qaldırılıb.

Qeyd edək ki, Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: