Milli Konstitusiyamız ölkəmizin demokratik inkişafının başlıca təminatıdır

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikir AMEA-nın Naxçıvan Bölməsində 12 Noyabr-Azərbaycan Respublikasının Konstitusiya Gününə həsr olunan tədbirdə səsləndirilib.

Əvvəlcə Bölmənin sədri, akademik İsmayıl Hacıyev qələbə münasibəti ilə bu elm müəssisəsində işləyən əməkdaşları və onların timsalında bütün Azərbaycan xalqını təbrik edib.

Bölmə sədri Azərbaycan xalqının və dövlətçiliyinin tarixində ilk Milli Konstitusiyanın qəbul edilməsi zərurətindən bəhs edərək müstəqilliyimizin əsas atributu olan Azərbaycan Respublikası Konstitusiyasının referendum yolu ilə qəbul edilməsi ölkənin dövlət və hüquq tarixində xüsusi yer tutan mühüm hadisələrdən, dövlətçiliyin formalaşdırılması, siyasi və hüquqi sistemdə möhkəm özülün yaradılması işində mühüm addımlardan biri olduğunu deyib.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyevanın “Azərbaycanın ərazi bütövlüyünün bərpası Milli Konstitusiyamızın 25 illiyinə ən gözəl töhfədir” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev mövzu ətrafında çıxış ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: