Sinoptiklər qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər

A- A A+

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, noyabrın 15-i axşamdan noyabrın 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Xidmətdən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, noyabrın 15-i axşam şərq rayonlarında, noyabrın 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Havanın temperaturu tədricən 5-7° enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.

Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: