Gözdən əlil olan şəxslərə sovqatlar verildi - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 13  noyabr Beynəlxalq Gözdən Əlillər Günü münasibətilə tədbir keçirilib.                                               

Tədbirdə çıxış edənlər bildiriblər ki, xüsusi qayğıya ehtiyacı olan şəxslərin sosial reabilitasiyaları, təhsil almaları, cəmiyyətə inteqrasiyaları, habelə asudə vaxtlarını səmərəli keçirmələri istiqamətində davamlı işlər görülür. Qeyd olunub ki, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində görmə məhdudiyyəti olan şəxslərin informasiya texnologiyalarının imkanlarından istifadələri üçün hərtərəfli şərait yaradılıb. Bu kateqoriyadan olan şəxslər üçün brayl əlifbasının tədrisi üzrə kurslar təşkil olunur, jurnallar nəşr edilir, həmçinin onlara audio kitabxana xidməti göstərilir.

 Ümumilikdə, görmə məhdudiyyəti olan 300 şəxsə sovqatlar təqdim olunub. Eyni zamanda, tədbirdə iştirak edə bilməyən görmə məhdudiyyəti olan şəxslərə evlərində baş çəkilib, onlara ehtiyaclarına uyğun sovqatlar verilib. Tədbir iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıqlarını bildiriblər.

                                                                               Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: