BMT-nin Baş katibi: iqlim dəyişikliyinin qarşısı alınmazsa, pandemiyanın təsiri iqlim təhdidləri fonunda sönəcək
Bu il iki yubiley – 2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf məqsədlərinin qəbul edilməsi və Paris İqlim Sazişinin qəbulunun beş illiyi qeyd olunur. Virtual Sülh Forumu iştirakçılarına müraciət edərək BMT-nin Baş katibi Antonio Quterreş qeyd edib ki, davamlı inkişaf sahəsində qlobal Gündəlik və iqlim gündəmi bir-birinə bağlıdır. NUHÇIXAN İnformasiya Agentliyi BMT-nin Xəbərlər xidmətinə istinadla xəbər verir ki, bu səbəbdən COVID-19 pandemiyasından sonra bərpa strategiyaları inkişaf və iqlim sahəsində vəzifələrə yönəlməlidir.
Antonio Quterreşin sözlərinə görə, bu gün qəbul etdiyimiz qərarlar, yaxın 30 il və daha uzun müddət üçün bəşəriyyətin inkişafının istiqamətini müəyyən edəcək. Paris Sazişinin tələb etdiyi kimi, 1,5 C həddində temperaturun artmasını saxlamaq üçün 2030–cu ilə istixana qazlarının emissiyalarının həcmi iki dəfə azaldılmalıdır, 2050-ci ilə isə biz “karbon neytrallığına” nail olmalıyıq - bu o deməkdir ki, karbon qazı tullantılarının həcmi okeanlar və meşələr tərəfindən udulmuş həcmlərdən artıq olmamalıdır.
“Elm bizə aydın şəkildə deyir ki, əgər biz bu məqsədlərə çatmasaq, COVID-19 tərəfindən bütövlükdə iqtisadiyyata, cəmiyyətə və ayrı-ayrı insanlara dəyən ziyan sadəcə olaraq iqlim böhranının hazırladığının fonunda sadəcə olaraq sönəcək”, – deyə BMT rəhbəri xəbərdarlıq edib və bildirib ki, nə etmək lazım olduğu da tam aydındır: birləşib həmrəylik göstərərək, virusa qalib gələrək sosial-iqtisadi böhrandan çıxış yolunu tapmaq.
Quterreş qeyd edib ki, 2050-ci ilə qədər, o cümlədən bu məqsədi nəzərə alan və pandemiyadan sonra bərpa strategiyasının işlənib hazırlanması zamanı bütün Avropa İttifaqı da daxil olmaqla, karbon neytrallığına nail olmaq öhdəliyini getdikcə daha çox ölkə öz üzərinə götürür. Əsrin ortalarında isə Böyük Britaniya, Yaponiya, Cənubi Koreya və daha 110-a yaxın ölkə emissiyaların sıfır səviyyəsinə nail olmaq niyyətini bildiriblər, Çin 2060-cı ilə qədər bu məqsədə çatmağı öhdəsinə götürüb. “Bir çox şəhərlərin və şirkətlərin qoşulduğu hökumətlərin bu koalisiyası güclənir – çünki bütün dünyada liderlər alternativlərin olmadığını başa düşürlər və onlar özləri üçün itkin düşülə bilməyən imkanları görürlər”, – deyə, Antonio Quterreş qeyd edib.
Lakin, o vurğulayıb ki, həm karbon neytrallığına nail olmaq, həm də davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün maliyyələşdirmə sahəsində də bu cür cəsarətli öhdəliklər lazımdır. Baş katibin fikrincə, burada dövlət inkişaf bankları xüsusilə mühüm rol oynaya bilər.
O, maliyyə nazirlərini milli, regional və çoxtərəfli maliyyə institutlarının portfel və siyasətinin davamlı inkişaf məqsədlərinə və karbon neytrallığına nail olmaq məqsədinə uyğun olmasına, investisiyaların iqlim risklərini nəzərə almasına nail olmağa çağırıb.
BMT rəhbəri İnkişaf Banklarının rəhbərlərinə müraciət edərək, fosil yanacağının istehsalına dəstək verməkdən imtina etməyin zəruriliyini bildirib, hökumətləri isə bu sahənin subsidiyalaşdırılmasını dayandırmağa çağırıb.
Digər məsələlərlə yanaşı, Quterreş dövlət maliyyə institutlarına iqlim dəyişikliyinin nəticələrinə adaptasiya və dayanıqlılıq tədbirlərinin, xüsusilə də əhalinin ən həssas qruplarından söhbət gedən yerlərdə dəstəyin kökündən artırılmasını tövsiyə edib.
BMT-nin baş katibi bildirib ki, qlobal səviyyədə inkişafın maliyyələşdirilməsinin hansı yolla aparılacağı Parisdə görüş iştirakçılarının qərarlarından asılı olacaq. “Siz XXI əsrin tələblərinə uyğun yeni iqtisadiyyatın əsasını qoya bilərsiniz”, – deyə Baş katib sözünü yekunlaşdırıb.