“Bayraq mənliyimdir!” - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, eyniadlı tədbir 17 noyabr-Naxçıvan Muxtar Respublikasında Dövlət Bayrağının qaldırıldığı gün münasibətilə Naxçıvan şəhərində keçirilib. Aksiyada 25 könüllü gənc iştirak edib. Gənclərin Azərbaycan ordusuna mənəvi dəstəyinin nümayişi, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsi, könüllü gənclərin fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə keçirilən aksiyada istedadlı gənclər tərəfindən vətənpərvərlik mahnıları və şeirlər səsləndirilib, könüllülər sakinlərə bayraqlar hədiyyə ediblər.

Layihə çərçivəsində keçirilən “Əsgərə məktub” aksiyasında isə gənclər, eləcə də muxtar respublika sakinləri tərəfindən şanlı Azərbaycan Ordusunun əsgərlərinə məktublar yazılıb. 

Qeyd edək ki, 30 il əvvəl müqəddəs Naxçıvan torpağında səmaya qaldırılan milli suverenliyimizin simvolu, müqəddəs dövlətçilik rəmzlərindən sayılan bayrağımız indi işğaldan azad olunan torpaqlarımızda dalğalanır.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: