Şərur rayonunda yaşıllaşdırma aksiyası keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aksiya zamanı ictimaiyyətin nümayəndələri rayonun Dizə kəndi ərazisində 65 kiloqram badam, şaftalı və ərik toxumları, yol kənarlarına 880 badam və 70 cəviz, damcı ilə suvarılan sahələrə isə mindən artıq üzüm tingi əkiblər.
Qeyd edək ki, ağacəkmə və təmizlik aksiyalarının intensiv xarakter aldığı rayonda bu cür xeyirxah işin qarşıdakı aylarda da davam etdirilməsi nəzərdə tutulur.
Məhəmməd Fərəcov