Şərur Əməliyyat Taboruna yeni avtomobillər verilib - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Daxili Qoşunların "Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboruna yeni xidməti avtomobillər təqdim olunub.

Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov bildirib ki, Silahlı Qüvvələrin digər birləşmə və bölmələri kimi, Əlahiddə Əməliyyat Briqadasının da xidməti-döyüş hazırlığının yüksəldilməsi daim diqqətdə saxlanılır.

Vurğulanıb ki, bu il oktyabrın 16-da Daxili Qoşunların "Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taboru üçün istifadəyə verilən əsgəri-məişət kompleksi də bu diqqət və qayğının bariz numunəsidir. Nazir bildirib ki, bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Şərur əməliyyat taboruna 4 yeni xidməti avtomobil təqdim edilir. Fazil Ələkbərov yaradılan yüksək şəraitə görə şəxsi heyət adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Hərbi hissənin zabiti Yusif Məmmədov və gizir Sadiq Məmmədov minnətdarlıq edərək bildiriblər ki, Naxçıvan-Əlahiddə Əməliyyat Briqadasının Şərur Əməliyyat Taborunun hər bir hərbçisi ərazi bütövlüyümüzün qorunması uğrunda döyüş əmrini yerinə yetirməyə hər an hazırdır.

Sonra avtomobillərə baxış olub. Bildirilib ki, təqdim olunan yeni avtomobillər yüksək texniki imkanları ilə hərbçilərin, silah-sursatın daşınması və əməliyyatların yerinə yetirilməsi zamanı şəxsi heyətin işini daha da asanlaşdıracaq. 2 ədəd “Mitsubishi L -200", 1 ədəd “Ural”, 1 ədəd Zil - 131 markalı avtomobil Şərur Əməliyyat Taboruna təhvil verilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: