Ermənistan 30 ilə yaxın bir müddətdə işğalda saxladığı Azərbaycan torpaqlarından cəmi 44 günlük müharibədən sonra qovuldu. Məğlubiyyət sənədini ermənilərin bir neçə il qabaq “hallahalla ilə” küçədən tutub gətirdikləri baş nazir Nikol Paşinyan imzaladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə birgə imzaladıqları bu sənədə görə ermənilər işğal etdikləri Kəlbəcər, Ağdam və Laçın rayonlarından çıxır, bu torpaqları öz əzəli sahiblərinə-azərbaycanlılara təhvil verirlər. Hətta bu rayonlardan çıxma ilə bağlı onlara konkret vaxt da verildi. Amma...
Bu faktdır ki, erməni və ya Ermənistan harada varsa, o mövzuda mütləq bir “əmma” olmalıdır. Bu dəfə də ermənilər bu torpaqları tərk edərkən özlərinə məxsus və dünyanın heç bir xalqında olmayan xislətlərini nümayiş etdirdilər. Öz zəngin təbiəti və ətraf mühiti ilə seçilən Kəlbəcərdən çıxan ermənilər bir daha ibtidai düşüncə və dağıdıcı davranışlarını sərgilədilər.
Azərbaycanın mərhəmətinə sığınaraq onlara yaradılan şəraitdən istifadə edərək əvvəlcə öz evlərində nə varsa hamısını, hətta unitazlarını belə qucaqlarında daşıyıb avtomobillərə yüklədilər. Bu haradasa qəbulediləndir. Müharibəni uduzmuş işğalçı dövlətin vətəndaşları yaxşı bilirlər ki, bir zamanlar bura köçürüldükləri və indi də yenidən üz tutduqları Ermənistanda iqtisadi vəziyyət o qədər ağırdır ki, orada onları ancaq səfalət və yaşamaq uğrunda mübarizə gözləyir. Halbuki, Dağlıq Qarabağla bağlı əvvəllər aparılan danışıqlarda Azərbaycan tərəfi ermənilərə seçim üçün yetərincə humanist təkliflər vermişdi. Lakin məkrli erməni xisləti və səriştəsiz siyasəti bu dəfə də özünü büruzə verdi və necə deyərlər, çanaq öz başlarında çatladı. Əşyaları toplayandan sonra ermənilər özlərinəməxsus daha bir dağıdıcı, radikal, vəhşi xasiyyətlərini sərgiləməyə başladılar. Bir zaman Kəlbəcərdən zorla bir neçə saata çıxarılan azərbaycanlılara məxsus binalarda yaşayan ermənilər yaşadıqları evlərə od vurub yandırdılar. Hətta bu mənzərəyə ailəliklə yığışıb soyuqqanlılıqla tamaşa etdilər. Beləliklə, ermənilər yanan evlərə, dünya isə onların vəhşiliklərinə baxdı. Bu isə erməni toplumu üçün hər hansı bir müqəddəs mənəvi dəyərin olmadığını sübut edir. Bununla ürəyi soyumayan haylar Kəlbəcər meşələrindəki ağacları doğrayıb özləri ilə Ermənistana apardı, apara bilmədiklərinə isə od vurdular. İndi isə məğlubiyyət qisasının məkrli hədəfi təbiət oldu. Bu addımları, hadisələri lentə alan rusiyalı və digər əcnəbi ölkələrin jurnalistləri, rusiyalı sülhməramlılar heyrətlə izlədilər.
Əslində bütün bunlar özlərini hay adlandıran ermənilərin nə dərəcədə xəstə təfəkkürlü olmasını dünyaya tanıtdı. Bu xalq 30 il əvvəl qalib idi və məlum güclərin hesabına Dağlıq Qarabağdan başqa Azərbaycanın daha 7 rayonunu da işğal etmişdi. Ordumuzun zəfər yürüşündən sonra məlum oldu ki, Ermənistan qalib kimi əldə etdiyi həmin rayonlarda da daş üstə daş qoymayıb. Məscidləri, tarixi abidələri, evləri, demək olar ki, bütün infrastrukturu tamamilə dağıdaraq o yerləri xaraba qoyub. Və bu gün məğlubiyyət aktına imza atdıqdan sonra da yenə dağıdıcı, talançı əməllərini yerə qoymur. Son günlər hətta sosial şəbəkələrdə yayılan videogörüntülərdə ermənilərin köçdüyü qəsəbə və kəndlərdə başları vəhşicəsinə kəsilən eşşək, at, qoyun, inək cəmdəkləri və içalatları tikə-tikə doğranaraq ətrafa səpilib, hətta elektrik dirəkləri belə yerindən çıxarılaraq aparılıb. 21-ci əsrdə ermənilərin etdiyi bu hərəkətin adını hələ də tapmaq mümkün deyil.
Dahi rus şairi Aleksandr Puşkinin məşhur “Sən köləsən, sən oğrusan, sən ermənisən...” ifadəsi bu məqamda özünü bütün təfərrüatı ilə doğruldur. Öz məkrinin köləsi olan, başqalarına məxsus hər şeyi oğurlayan və vəhşiliyi gündəlik həyat tərzinə çevirən yalnız ermənidir. Bütün bunları gördükdən sonra sadəcə bir dua çıxır adamın dilindən: Tanrı nəinki Azərbaycanı və türk dünyasını, bütün bəşəriyyəti erməni xislətindən qorusun!!!
Səməd Canbaxşiyev