Naxçıvan şəhidlərini son mənzilə yola saldı - VİDEO

A- A A+

Ali Baş Komandanın qətiyyəti və rəşadətli Azərbaycan Ordusunun gücü, şəhidlərimizin qanı bahasına Azərbaycan İkinci Qarabağ müharibəsində qalib gəldi. Qələbəni bizə yaşadan, şəhidlik zirvəsini fəth edən həmyerlilərimizdən 5-i bu gün Naxçıvanda böyük izdihamla qarşılanaraq son mənzilə yola salınıblar.

Qəhrəman şəhidlərimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduqları şəhər və rayonlara aparılıb.

Vəliyev İsmayıl Mehman oğlu Naxçıvan şəhərində, Novruzlu Pərviz Qorxmaz oğlu Şərur Şəhidlər Xiyabanında, Əliyev Ramil Qurban oğlu Babək rayonunun Güznüt kəndində, Nəcəfov Yaqub Məhəmməd oğlu Culfa şəhərində, Alməmmədov İman Tarverdi oğlu Şahbuz rayonunun Kolanı kəndində son mənzilə yola salınıblar.

Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: