NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, eyniadlı tədbir Naxçıvan Müəllimlər İnstitutunda keçirilib. Ali təhsil ocağının rektoru Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycanın əzəli torpaqlarının işğaldan azad olunması münasibətilə tədbir iştirakçılarını təbrik edib. Qeyd olunub ki, vətən bayrağı uğrunda nə qədər igid oğullarımız canlarından keçdilər. Onların qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş doğma Qarabağımızda bu gün bayrağımız dalğalanır. Bugünkü gənclik də yüksək təhsil almaqla, öz tarixini, mədəniyyətini dərindən öyrənmək və qorumaqla bu qələbəyə öz töhfəsini verməlidir.
Sonra institutun “Təsviri incəsənət müəllimliyi” ixtisası tələbələrinin təqdimatında sərgiyə baxış keçirilib. Həmçinin tələbələrin ifasında tədbir iştirakçılarına ədəbi-bədii kompozisiya təqdim olunub.