Naxçıvan Bölməsində keçirilən konfrans Azərbaycan bayrağına həsr olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA-nın Naxçıvan Bölməsində “Üçrəngli bayrağımızın qayıdış günü” mövzusunda elmi konfrans keçirilib.

“1988-ci ilin 17 noyabr tarixində azadlıq və istiqlaliyyət arzusunda olan xalq dahi öndər Heydər Əliyevin portretləri ilə meydanlara axışırdı. Ümummilli lider Heydər Əliyev 1990-cı ilin iyulun 22-də doğma vətəninə qayıtdığı gündən xalq sevgi və məhəbbətlə ulu öndərin ətrafında sıx birləşdi”,- deyən Bölmənin sədri, akademik İsmayıl Hacıyev 17 noyabrın Azərbaycan tarixində mühüm hadisələrlə yadda qaldığını deyib. Bildirib ki, tarixi qayıdış ilə görkəmli dövlət xadimi Azərbaycanı gözləyən real bəlalardan, təhlükələrdən xilas etdi və milli dövlətçiliyin bərpası istiqamətində qəti addımlar atdı.

Tədbirdə 1990-cı il noyabrın 17-də keçirilən Naxçıvan Ali Məclisinin birinci sessiyası milli dövlətçilik tariximizdə özünəməxsus yer tutduğu qeyd olunaraq vurğulanıb ki, dünya şöhrətli siyasətçi Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyada mühüm tarixi-siyasi əhəmiyyətli qərarlar qəbul edildi, dövlət rəmzləri haqqında məsələ müzakirə olundu. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli milli bayrağı dövlət bayrağı kimi qəbul edildi.

İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikasında da dövlət rəmzlərinin təbliğ olunması, hörmət və ehtiramla qarşılanmasının həmişə diqqət mərkəzində saxlanıldığını, dövlət atributlarının təbliğində başlıca yerdə dayandığını deyib.

Konfransda bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “17 noyabr-üçrəngli bayrağımızın əbədi qayıdış günü” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun uğurlu əməliyyatları nəticəsində düşmən işğalından azad edilən əzəli və əbədi torpaqlarımızda bu gün üçrəngli bayrağımız qürurla dalğalanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: