Şərur rayonunda bələdiyyələrin fəaliyyəti ilə bağlı seminar keçirilib

A- A A+

Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə baş tutan seminar “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini və qanunçuluğun təmin edilməsi” mövzusunda keçirilib.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Şərur rayonu üzrə fəaliyyət göstərən bələdiyyə sədrlərinin və qulluqçularının iştirakı ilə təşkil olunan seminarda vurğulanıb ki, Şərur rayonunda bələdiyyələrin fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.

Qeyd olunub ki, bələdiyyə mülkiyyətində olan torpaqların hüquqi və fiziki şəxslərə icarəyə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir. İcarə müqaviləsində tərəflərin hüquq və vəzifələri, torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, sərhədləri və təyinatı barədə məlumatlar, icarə müddəti, icarə haqqı və digər məsələlər öz əksini tapmalıdır. Bələdiyyə torpaqlarından səmərəli istifadə edilməsi məqsədilə bələdiyyələr mülkiyyətində olan torpaq sahələrinin istifadə vəziyyəti düzgün təhlil edilməli, icarəyə verilən torpaq sahələrinin icarə haqqı bazar məzənnəsi nəzərə alınmaqla tənzimlənməlidir.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib. Seminar iştirakçılarına “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin səmərəli təşkili və yerquruluşu işlərinin aparılması məqsədilə tədbirlərin görülməsinə dair metodik vəsait”, “Qəbiristanlıqların saxlanılması və idarə olunması haqqında yaddaş kitabçası”, “Metodik sənədlər toplusu” və “Bələdiyyə üzvünün yaddaş kitabçası” metodiki vəsaitlər təqdim edilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: