Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun kənarına müxtəlif tinglər və gül kolları əkilib - FOTOLAR
Muxtar respublikada yaşıllıqların salınması, onların qorunub saxlanılması diqqətdə saxlanılır. Xüsusən də avtomobil yollarının kənarları yaşıllaşdırılır, relyefə uyğun müxtəlif tinglər və gül kolları əkilir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu dəfə Babək rayon ictimaiyyəti Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun kənarında yaşıllıqlara qulluq göstərib. Bərpa məqsədilə əraziyə 2500 qızılgül kolu, 150-yə yaxın çinar tingi əkilib və əkilən yeni tinglər suvarılıb.
Qeyd edək ki, son illər muxtar respublikada geniş vüsət alan yaşıllaşdırma tədbirləri, ağacəkmə kampaniyaları diyarımızın görkəminə, ekologiyanın saflığına, meyvəçiliyin inkişafına öz töhfəsini verir.
Sadiq Məmmədov