Ədliyyə könüllüləri arasında “Qarabağ uğrunda Qələbə“ devizi altında birincilik yarışı

A- A A+

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirliyin Məhkəmə Ekspertizası Mərkəzinin atəş zalında baş tutan yarışda nazirlikdə “Ədliyyə könüllüləri” proqramı istiqamətində qeydiyyata alınmış Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və beynəlxalq münasibətlər fakültəsinin hüquqşünaslıq ixtisasının IV kurs tələbələri iştirak ediblər.

Birincilik yarışının təşkilində məqsəd qələbə sevincini  tələbələrlə  bölüşmək, gənclərə vətənpərvərlik və milli fəxarət hissi aşılamaqdan ibarətdir.

10 tələbədən ibarət ədliyyə könüllüsünün iştirakı ilə yarışa start verilib. Gərgin idman mübarizəsi ilə yadda qalan birincilikdə qaliblər müəyyən olunub, I-III yeri tutan qaliblərə diplomlar təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: