Məhdud fiziki imkanlı şəxslər əsgərlərə hədiyyə göndərib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev hərbi qulluqçuları torpaqlarımızın işğaldan azad edilməsi münasibəti ilə təbrik edib.  Nazir bildirib ki, məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2100 cüt yun corab, 1200 ədəd yun boyunluq və 920 ədəd yun şərf əsgərlərimizə hədiyyə edilir.

Vurğulanıb ki, dövlət qayğısından və xalq-ordu birliyindən ruhlanan hərbi qulluqçularımız yüksək nizam-intizama və döyüş qabiliyyətinə malikdirlər. Bu gün əsgərlərə isti qış geyimlərinin təqdim edilməsi də növbəti qayğının ifadəsi, xalq-ordu birliyinin təcəssümüdür. Tədbirdə hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ötən ay da məhdud fiziki imkanlı şəxslər tərəfindən toxunmuş 2000 cüt yun corab və 1700 ədəd yun boyunluq əsgərlərimizə təqdim edilib. Bu kimi tədbirlər əlilliyi olan şəxslərin məşğulluğunu təmin etməklə bərabər onların maddi təminatlarının yaxşılaşmasına da müsbət təsir göstərir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: