Şahbuz rayonunda Naxçıvanbank ASC üçün bina inşa olunur

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz şəhərinin Heydər Əliyev prospektində inşa olunan binada əsas tikinti işləri yekunlaşdırılıb. Hazırda son tamamlama işləri görülür.

İki mərtəbədən ibarət olan bina istifadəyə verildikdən sonra filialda biznes, kənd təsərrüfatı, ailə təsərrüfatı, istehlak və ipoteka kreditlərinin verilməsi, eyni zamanda kassa əməliyyatları və pul köçürmələri kimi bütün maliyyə əməliyyatları həyata keçiriləcək.

Qeyd edək ki, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti muxtar respublikada kənd təsərrüfatının inkişafına öz töhfəsini verir və bu sahəyə böyük dəstək göstərməklə  kreditlər ayırır. Şahbuz rayonunda əhalinin əsas məşğuliyyətinin kənd təsərrüfatı olduğunu nəzərə alsaq, yeni filialın istifadəyə verilməsi rayonda bu sahənin inkişafına öz töhfəsini verəcək.

                                                                                         Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: