Naxçıvan Döyüş Şöhrəti Muzeyində açıq dərs: Azərbaycan ordusunun keçmişi və bugünü - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azərbaycan ordusunun keçmişi və bugünü” mövzusuna həsr olunan açıq dərsi Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin hərbi rəhbəri Aqşin Məmmədov keçib.

Naxçıvan Qarnizonu tam orta və şəhər 10, 11, 12, 13 nömrəli məktəblərindən 25 şagirdin iştirak etdiyi dərs zamanı  bildirilib ki, ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkə daxilində çaxnaşmalara son qoymaqla yanaşı, Orduda dönüş yaratdı. Ordu quruculuğu strategiyası Ali  Baş Komandanımız tərəfindən də uğurla davam etdirildi və ordumuz öz gücünü Qarabağda qazandığımız parlaq qələbə ilə göstərdi.  

Açıq dərsdə məktəblilərə Naxçıvan Döyüş Şöhrəti Muzeyində nümayiş olunan eksponatlar haqqında ətraflı məlumat verilib.

                                                         Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: