Sədərək rayonunda torpaq mülkiyyətçiləri yetişdirdikləri məhsulu bazara çıxarıb yaxşı qazanc əldə edirlər. NUHÇIXAN xəbər verir ki, növbəti yarmarkada mövsümə uyğun olaraq kənd təsərrüfatı məhsulları bolluq təşkil edib. 5 tondan artıq müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulu satışa çıxarılıb. Məhsullar digər ticarət obyektlərinə nisbətən 15 -20 faiz ucuz olub.
Bu cür yarmarkaların keçirilməsində məqsəd torpaq mülkiyyətçilərinin istehsal etdikləri məhsulları rahat bazara çıxartmağına şərait yaratmaq və süni qiymət artımının qarşısını almaqdır.
Sərxan İsmayılov