Tələbə mühəndislərin istehsalat təcrübəsi başlayıb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-də keçirilən istehsalat təcrübəsində  Naxçıvan Dövlət Universitetinin Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi ixtisasının 4-cü kurs tələbələri  iştirak ediblər.

Tələbələr təcrübə zamanı Şahbuz rayonunun ərazisində yerləşən Şahbuz şəhər sutəmizləyici qurğular kompleksində və Şahbuz şəhər təmizləyici qurğularında olublar. Kompleksdə təcrübəli mütəxəssislər tərəfindən suyun təmizlənməsi üçün müasir qurğu və avadanlıqlar haqqında məlumat alan tələbələr çirkab suyun təmizlənməsi prosesi ilə tanış  olub.

Məlumat verilib ki, həmin qurğular yerli və xarici mütəxəssislər tərəfindən qurularaq hazır vəziyyətə gətirilib. Kompleksdən evlərə müasir standartlara cavab verən su xətləri çəkilib, hər bir mənzil üçün su sayğacları quraşdırılıb.

Sonra əhalinin içməli su təminatı, sutəmizləyici qurğular, su anbarlarının tikintisi, avadanlıqların quraşdırılması, iş prosesi zamanı baş verəcək qəzalarla bağlı tələbələri maraqlandıran suallar cavablandırılıb.

 Qeyd edək  ki,  istehsalat təcrübəsi yeddi həftə davam edəcək. Belə təcrübələrin keçirilməsi tələbələrin gələcəkdə bu sahənin mühəndis və mütəxəssisi  yetişməsində mühüm rol oynayır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: