İqtisadiyyat Nazirliyində payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər müzakirə olundu

199

Bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib.

Tədbirin əsas məqsədi İqtisadiyyat Nazirliyinin və tabeli qurumlarının əməkdaşlarına payız-qış mövsümünə hazırlıqla bağlı təhlükəsizlik tədbirləri barədə, yanğın təhlükəsizliyi, dəm qazı ilə bağlı ətraflı məlumatların verilməsi olub.

Həmçinin tədbirdə “Dəm qazı və ondan qorunma yolları”, “Yаnğın və digər xoşagəlməz hallar zamanı ilk tibbi yardımın göstərilməsini hər kəs bacarmalıdır” mövzularında əyаni vаsitələrdən, slаyd və vidеоçаrхlаrdаn istifаdə еdilərək iştirakçılara ətraflı məlumat verilib.

Eləcə də, mülki müdafiə tədbirləri ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi və Fövqəladə Hallar Nazirliklərinin cari mövsümdə muxtar respublikanın zəruri ehtiyatlarını təmin edən müəssisələrin, obyektlərin, ehtiyat ərzaq anbarlarının fövqəladə hallara hazırlıq səviyyəsi, soyuducu anbarların fasiləsiz enerji ilə təchizatı, sahibkarlıq subyektlərində yanğın əleyhinə vasitələrin saz vəziyyətdə olması, işçi heyətinin fövqəladə vəziyyətlə bağlı bölgüsünün aparılması, onların maarifləndirilməsi və müəssisələrdə yanğın əleyhinə lövhələrin vurulmasının zəruriliyi vurğulanıb.

Sonda tədbir iştirakçılarını mаrаqlаndırаn suаllаr cаvаblаndırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: