Ölkəmizdə koronavirusa ən az yoluxma Naxçıvan Muxtar Respublikasındadır

422

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.

NUHÇIXAN İnformasiya Agentliyi koronavirusinfo.az saytına istinadən xəbər verir ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 53,5 faizi paytaxtın payına düşür.

Bundan əlavə, həmin göstərici Abşeron rayonunda 13,8, Aran rayonlarında 11,3, Gəncə-Qazax bölgəsində 7,2, Lənkəranda 4, Şəki-Zaqatalada 3,3, Quba-Xaçmazda 3,2, Dağlıq Şirvanda 1,9, Yuxarı Qarabağda 1, Naxçıvan Muxtar Respublikasında 0,06 faiz təşkil edir. Ölkə xaricindən idxalolunma halı 0,7 faizdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: