Mərkəzi Bazarda təşkil olunan yarmarkaya 80 tondan artıq məhsul çıxarılıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi Bazarda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil olunub. Yarmarkaya muxtar respublikamızın ayrı-ayrı rayonlarından 80 tondan artıq müxtəlif  yerli ərzaq və kənd təsərrüfatı məhsulları, o cümlədən 20 istehsal müəssisəsi və 150-ə yaxın ailə təsərrüfatçısı tərəfindən 268 çeşiddə, 43 növdə keyfiyyətli məhsullar çıxarılıb. Xüsusən də Ordubadın narı, şərq xurması, ayrı-ayrı ailə təsərrüfatçıları tərəfindən yetişdirilən üzüm, alma, heyva, gündəlik tələbat mallarından kartof, soğan, sarımsaq, çuğundur, turp, dərman bitkiləri, süd və süd məhsulları alıcılara münasib qiymətə təklif edilib.

Kənd təsərrüfatı və ərzaq məhsullarının çoxluq təşkil etdiyi bu yarmarkaların növbəti həftələrdə də davam etdirilməsi nəzərdə tutulur.

 

                                                  Məhəmməd Fərəcov 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: