Dünyaca məşhur Nobel mükafatçısı Gəncədə valideynlərini itirmiş Xədicənin gələcək təhsil xərcləri üçün yardım ayırıb
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, kimya üzrə Nobel mükafatının qalibi, ABŞ-ın Şimali Karolina ştatında yaşayan Türkiyə əsilli dünyaca məşhur alim Əziz Səncər Ermənistanın oktyabrın 17-də Gəncəyə raket atəşi nəticəsində hər iki valideynini itirmiş Xədicə Röyal qızı Şahnəzərovanın gələcək təhsil xərclərinin ödənilməsi məqsədilə xüsusi olaraq yaradılmış bank hesabına əhəmiyyətli miqdarda vəsait köçürüb.
Əziz Səncər BBC-də yayımlanmış xəbərə (https://www.bbc.com/news/av/world-europe-54650502) istinadən Xədicənin həyatında baş vermiş bu faciəvi hadisədən kədərləndiyini və müharibədən əziyyət çəkmiş bu kimi uşaqların yüksək səviyyədə təhsil almaları üçün müvafiq təhsil fondlarının yaradılmasının faydalı ola biləcəyini vurğulayıb.