Naxçıvan şəhidlərini son mənzilə yola salıb - VİDEO

A- A A+

Azərbaycanın haqq savaşı, Vətən müharibəsi 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Şanlı Ordumuz cəbhədə tarixi və böyük zəfər çaldı, Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbə vurdu, yaşayış məntəqələrimiz işğaldan azad olundu, ərazi bütövlüyümüz təmin edildi. Vətən uğrunda canından keçən həmyerlilərimizin daha bir qrupu bu gün Naxçıvanda böyük izdihamla qarşılanaraq son mənzilə yola salınıblar.

Qəhrəman şəhidlərimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduqları şəhər və rayonlara aparılıb.

Möhsümov Elmar Rövşən oğlu, İsgəndərov Emin Qulu oğlu Kəngərli rayonunun Xok kəndində, Hüseynov Mətin Ramiz oğlu Ordubad rayonunun Düylün kəndində son mənzilə yola salınıblar.

                                                                             Nurlana Əhmədova

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: