Naxçıvançayın sahilində yeni meyvə bağı salınıb - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki Naxçıvançayın sağ sahilində, Babək rayonunun Vayxır kəndinin geniş bir ərazisində salınan  yeni meyvə bağı 1,5 hektardır.

Ekoloqlar bu əraziyə torpaq-iqlim şəraitinə uyğun müxtəlif- 930 ədəd cəviz, badam, iydə, ərik və tut tinglərini əkiblər.

Yeni salınan meyvə bağının suvarılmasını təmin etmək məqsədilə müvafiq hazırlıq işləri görülüb, arxlar çəkilib. Ekoloji tədbirlərin qarşıdakı aylarda da davam etdirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, bu ilin payızında muxtar respublikamızda 265 hektarda yeni meyvə bağlarının, yaşıllıq zolaqlarının və meşəsalma işlərinin həyata keçirilməsi nəzərdə tutulub ki, bunun 181 hektarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin payına düşür.

 

Məhəmməd  Fərəcov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: