Ermənilərin dəyişdirdiyi tarixi ərazilərimizin adları virtual ensiklopediyada bərpa olunub

268

Ermənilər tərəfindən adları dəyişdirilən ərazilərimizin tarixi adları virtual ensiklopediyada bərpa olunub.

NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, bunu AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru İradə Ələkbərova deyib.

Onun sözlərinə görə, mənfur düşmənin “Vikipediya”da “Şuşi” kimi tanıtmağa çalışdığı qədim mədəniyyət mərkəzimiz Şuşa şəhərinin öz tarixi adı qaytarılıb.

İ.Ələkbərova əlavə edib ki, erməni əsilli “Vikipediya” istifadəçiləri və onların ha­va­dar­ları uzun zamandır dünya ictimaiyyətini əsassız, yalan məlumatlarla aldatmağa çalışırlar. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə düşmən tapdağında olan yaşayış məntəqələrimizi, yüksəkliklərimizi azad etdikcə informasiya cəbhəsində vuruşan viki-könüllülərimiz də onlayn ensiklopediyada iş­ğal­dan azad olunmuş Azərbaycan torpaqlarının tarixi-coğrafi adlarının bərpa oluunması, eləcə də dün­ya ictimaiyyətinə düzgün şəkildə tanıdılması istiqamətində fəal iş aparıblar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: