Gürcüstan KİV-ləri Azərbaycandakı dini icmaların Qarabağdakı dini abidələrimizlə bağlı bəyanatından yazıb - FOTOLAR
Gürcüstanın “report.ge”, “24news.ge”, “aktual.ge” informasiya portalları Azərbaycandakı dini konfessiyaların rəhbərlərinin Qarabağda ermənilər tərəfindən vəhşicəsinə dağıdılan dini abidələrimizlə bağlı birgə bəyanatını yayıblar.
NUHÇIXAN İnformasiya Agentliyinə istinadla yayılan bəyanat barədə materiallar oxuculara Azərbaycan, rus və ingilis dillərində təqdim olunub.