Naxçıvanda virus xəstəliklərinə qarşı mübarizə tədbirləri davam etdirilir - FOTOLAR
Naxçıvan Muxtar Respublikasında mövsümi və infeksion xəstəliklərə, viruslara qarşı dezinfeksiya, tibbi profilaktik və qabaqlayıcı tədbirlər mütəmadi olaraq davam edir. Bunun nəticəsidir ki, Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına ən az yoluxma faktı Naxçıvandadır.
NUHÇIXAN İnformasiya Agentliyi koronavirusinfo.az saytına istinadən xəbər verir ki, koronavirusa yoluxma halı muxtar respublikada 0,06 faiz təşkil edir. Ölkəmizdə koronavirusa yoluxma hallarının 53,5 faizi paytaxtın payına düşür.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə səhiyyə maarifinə diqqət artırılması, əhalinin mövsümi xəstəliklərlə bağlı məlumatlandırılması, gigiyena və epidemiologiya mərkəzləri tərəfindən qrafikə uyğun dezinfeksiya işləri aparılması barədə tapşırıq verib.
Həmin tapşırıqların icrası bu gün də uğurla davam etdirilir.