Antibiotiklərdən təyinatı üzrə istifadə olunmalıdır

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Culfa Rayon Mərkəzi Xəstəxanasında Ümumdünya Antibiotiklərdən Düzgün İstifadə Həftəsi çərçivəsində keçirilən  maarifləndirici tədbir  bu mövzuda olub.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirinin müavini Samrat Gəncəyeva tədbirin məqsədi haqqında danışarkən vurğulayıb ki, infeksiyaların antibiotiklərə davamlılığı problemi haqqında insanları məlumatlandırmaq və geniş ictimaiyyəti, səhiyyə işçilərini bu problemin daha geniş yayılmasına imkan verməyən qabaqcıl yanaşmaları tətbiq etməyə istiqamətləndirməkdir.

Tədbirdə, həmçinin “Antibiotiklərdən səmərəli istifadə qaydaları”, “Pediatriyada antibiotiklərin düzgün işlədilməsi”, “Antibiotiklərin təsnifatı və rezistendlik” mövzularında edilən məruzələr video-süjet, slaydlarla müşayiət olunub.

Sonra  dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.

Oruc Məmmədyarov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: