Muxtar respublikada qrip əleyhinə peyvəndləmə aparılır

A- A A+

Payız-qış aylarında havaların soyuması ilə mövsümi xəstəliklərin də sayı artır, qrip və kəskin respirator virus infeksiyalarına yoluxma halları çoxalır. Pandemiya dövründə isə bu virusa qarşı vaksinasiya daha da aktuallaşır. Elə bu səbəbdən qrip əleyhinə peyvənd olunmaq dünyada yayılan pandemiya ilə mübarizənin bir üsuludur.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ötən həftədən başlayaraq qrip virusuna yoluxma riski daşıyan insanlar arasında bu virusa qarşı peyvəndləmə aparılır. Bu gün isə Naxçıvan şəhər uşaq bağçalarının işçiləri də qrip əleyhinə vaksinasiya edilib.                                        

Qeyd edək ki, risk qrupuna daxil olan şəxslərə qrip peyvəndinin vurulması noyabrın  sonunadək davam edəcək.

Mədinə Rəhimli

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: