Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində kollegiya iclası keçirilib

A- A A+

NUHÇIXAN-ın məlumatına görə, Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində keçirilən kollegiya iclasında çıxış edən agentliyin direktoru Bəxtiyar İsmayılov bildirib ki, 2018-ci ilin ilk altı ayı ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamları ilə təsdiq edilmiş dövlət proqramlarının icrası diqqətdə saxlanılıb. Qeyd edilib ki, idxal olunan malların etiketlərində və adlarında zəruri məlumatların olmasına nəzarət aparılıb, məhsulların üzərində 26 halda Azərbaycan dilində zəruri məlumatların əks olunması təmin edilib, 2 dağ-mədən sənaye müəssisəsində istehsal olunan məhsulların 4 halda sertifikatlaşdırılması icra edilib. Metroloji norma və qaydalara uyğun olaraq istehlakçılarda olan smartkarttipli 500 ədəd məişət qaz sayğacı, 400 ədəd elektrik sayğacı yoxlanılıb. Meyvə-tərəvəz və onlardan hazırlanmış məhsulların keyfiyyətinin nəzarətdə saxlanılması tədbirinin icrası çərçivəsində məhsulların 78 halda keyfiyyət göstəriciləri yoxlanıldıqdan sonra sertifikatlaşdırılıb, məhsulların 37 halda laboratoriya analizləri aparılaraq keyfiyyət göstəricilərinin standartların tələblərinə uyğun olduğu müəyyən edilib. Uşaq bağçalarının, məktəblərin, xəstəxanaların və digər təhsil və səhiyyə müəssisələrinin yerli məhsullarla təmin edilməsi və alınan qida məhsullarının keyfiyyətinin müntəzəm nəzarətdə saxlanılması, eləcə də məktəbli ləvazimatlarının keyfiyyət göstəricilərinin müasir standartlara uyğunlaşdırılmasına nəzarət edilməsi tədbirlərinin icrası istiqamətində 74 məktəbin bufetində, 9 təhsil müəssisəsinin bufet və yeməkxanasında və 18 məktəbəqədər tərbiyə müəssisəsində monitorinqlər aparılıb, 47 məktəbin bufetində, 5 təhsil müəssisəsinin bufet və yeməkxanasında, 1 səhiyyə müəssisəsinin yemək­xanasında aşkar olunmuş nöqsanlar aradan qaldırılıb.

Vurğulanıb ki, xarici bazarlara çıxış imkanına malik məhsulların ixracının dəstəklənməsi çərçivəsində tədbirlər icra olunub. Bakı şəhəri və ölkəmizin digər regionlarında yeni fəaliyyətə başlayan “Naxçıvan məhsulları” mağazalar şəbəkəsinin səmərəli fəaliyyətinin qurulması və bu şəbəkənin daha da genişləndirilməsi istiqamətində davamlı tədbirlər icra olunmaqdadır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası çərçivəsində mədəni və yabanı dərman bitkilərinin mövsümə uyğun yığılması, qurudulması, onlardan bitki ekstraktlarının hazırlanması qaydaları ilə bağlı AMEA Naxçıvan Bölməsinin və İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə birlikdə müvafiq rayonlarda fəaliyyət göstərən ailə təsərrüfatları üçün seminarlar keçirilib.

Qeyd olunub ki, hesabat dövründə, ümumilikdə, standartların tələblərinə uyğun olmayan 9106 manat dəyərində yararlılıq müddəti bitmiş, keyfiyyətsiz və ya kontrafakt məhsullar satışdan çıxarılıb, 146 ictimai iaşə və xidmət sahəsinə aylıq dövrlər üzrə maarifləndirmə xarakterli baxış keçirilib, aşkar olunmuş çatışmazlıqlar aradan qaldırılıb. 524 ədədi ərzaq məhsullarına, 493 ədədi qeyri­-ərzaq məhsullarına, 4 ədədi isə xidmət sahəsinə aid olmaqla, ümumilikdə, 1021 uyğunluq sertifikatı verilib. Agentliyin Metrologiya şöbəsi tərəfindən 5507 ədəd ölçmə vasitəsinin yoxlanılması təmin olunub. Əmtəə nişanına dair 24 şəhadətnamə iddiaçılara təhvil verilib və 27 əmtəə nişanı üzrə ekspertiza işi davam etdirilib.

Sonra agentliyin müxtəlif şöbələri üzrə görülmüş işlərə dair hesabatlar dinlənilib, qarşıya qoyulmuş vəzifələr diqqətə çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: