İşğaldan azad olunmuş Kəlbəcər rayonunun səhiyyə statistikası açıqlanıb

A- A A+

Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) Kəlbəcər rayonunun səhiyyə statistikasını açıqlayıb.

TƏBİB-dən NUHÇIXAN İnformasiya Agentliyinə daxil olan məlumatda deyilir: “İşğaldan əvvəl rayonda 1 mərkəzi xəstəxana, 1 uşaq xəstəxanası, 7 kənd xəstəxanası, 75 tibbi məntəqə, 23 ambulator mərkəzi fəaliyyət göstərib. Həmçinin 9 aptek vətəndaşlara xidmət göstərib. Ümumiyyətlə, Kəlbəcər rayonu "yaşıl aptek” adlandırılırdı. Təkcə rayonun İstisu qəsəbəsində mövcud olan ümumittifaq əhəmiyyətli 1 və 2 nömrəli İstisu sanatoriyalarında hər il 50 min nəfər müalicə olunur və istirahət edirdi”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: