96 yaşlı kişi koronavirusdan necə sağaldı? - Süd, bal, doşab...

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə KİV-ə istinadən bildirir ki, Rizənin Ardeşən rayonunda həyat yoldaşı Fatma Okutandan sonra xroniki narahatlığı olan Hamdi Okutan da koronavirusa yoluxub. Okutan müalicəsindən sonra evdə karantin altına alınıb və 10 gün sonra sağlamlığına qovuşub.

Müalicə prosesindən danışan H.Okutan bildirib ki, iştahı azalıb, dadbilmə qabiliyyətini itirib və özündə halsızlıq yaranıb: "Bu xəstəlik artıq hamının başına gələcək. Ona görə də çox diqqətli olmaq lazımdır. Yaşım artıb, amma havalar gözəl olduqca bağ-bağçaya gedib vaxtımı orda keçirirəm. Durmadan işləyirəm. Çünki işləməsəm, xəstələnəcəyimi bilirəm. Süfrəmdə hər zaman süd məmulatları olur. Balı, bəhməzi hər gün istifadə edərəm. Bunlar mənə şəfa oldu. Hamı qoyulan qaydalara riayət etsin, bir-birindən uzaqlaşsın. İnşallah, bunun da öhdəsindən gələcəyik”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: