Şahbuz rayonunda şəhid ailələri ziyarət olunub - FOTOLAR

A- A A+

2-ci Qarabağ müharibəsində ölkəmizin hər bir bölgəsindən olduğu kimin Şahbuz rayonunun qəhrəman oğulları da şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Şahbuz könüllüləri Külüs kəndindən olan şəhid ailələrini ziyarət ediblər.

Könüllülər əvvəlcə Şahbuz şəhərində birinci Qarabağ müharibəsində və vətənimizin  ərazi bütövlüyü uğrunda şəhid olan şahbuzluların xatirəsinə ucaldılan abidə kompleksində olub, şəhidlərin xatirəsini yad ediblər. Sonra könüllülər Külüs kəndindən olan şəhid Rzayev Zülfü Zeyni oğlunun və şəhid  Qureşli Firuz Əli oğlunun ailə üzvləri ilə görüşüblər.      

İştirakçıların diqqətinə  çatdırılıb ki, şəhid Zülfü Rzayev və Firuz Qureşli ikinci Qarabağ müharibəsində Qubadlı və Füzuli rayonlarının düşmən tapdağından azad olunmasında qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıblar. Belə qəhrəman övladlarımızın şücaəti, vətənpərvərliyi və canını vətən uğrunda fəda etməsi xalqımızın 30 illik həsrətinə son qoyub. Azərbaycanın ərazi bütövlüyü təmin edilib. Buna görə Zülfü və Firuz kimi qəhrəmanlarımızın xatirəsi heç zaman unudulmayacaq,  gələcək nəsillərə örnək göstəriləcək.

Şəhidlərin ailə üzvləri göstərilən diqqətə  görə minnətdarlıq ediblər.

Könüllülər şəhidlərin Külüs kəndindəki məzarlarını da ziyarət ediblər.

                            Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: