Ordubad rayonunun Parağa kəndində ekoloji-hüquqi maarifləndirici tədbir keçirilib

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbir Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə baş tutub. Tədbirdə ətraf mühitin qorunması istiqamətində ictimaiyyətin maarifləndirilməsinin vacibliyini diqqətə çatdıran nazirliyinin şöbə müdiri Azər Məmmədov bildirib ki, muxtar respublika ərazisində yaşıllıqların mühafizəsi və artırılması ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılmasında mühüm amildir. Azərbaycanın incisi olan Ordubad rayonunda da bu sahədə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməsi gələcək nəsillərin sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsində xüsusi əhəmiyyətə malik olmaqla yanaşı  Ordubadın bağçılıq şöhrətini də qoruyub saxlamağa imkan verir.

Digər çıxış edənlər ətraf mühitin qorunmasında vətəndaşların hüquq və vəzifələrindən danışıblar.

Sonda tədbir iştirakçıarlını maraqlandıran suallar cavablandırılıb. 

Adilə Səfərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: