Muxtar respublikada dezinfeksiya tədbirləri davam edir - VİDEO

A- A A+

Naxçıvanda mövsümi xəstəliklərə və yoluxucu viruslara qarşı profilaktik tədbirlər davam etdirilir. Bu məqsədlə əhalinin daha sıx toplaşdığı yerlərdə, həmçinin təhsil müəssisələrində dezinfeksiya işləri həyata keçirilir.

Dərmanlama işləri çərçivəsində bu gün Naxçıvan şəhərindəki Körpələr Evi, 10 və 12 nömrəli uşaq bağçaları, Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbi dezinfeksiya edilib, sinif otaqları, yeməkxana və mətbəx, oyun otaqları, oturacaqlar, dəhlizlər və digər yerlər xüsusi məhlulla yuyulub.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

                                                                                    Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: