Naxçıvan şəhidlərini son mənzilə yola salıb - VİDEO

A- A A+

Tarix boyu Naxçıvan torpağı öz Vətənini göz bəbəyi kimi qorumağa hər an hazır olan igid oğullar yetişdirib. Müstəqilliyimizin ilk illərində canlarını Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda fəda edən qəhrəman Naxçıvan oğulları Vətən müharibəsində bunu bir daha sübut etdilər. Torpaq uğrunda canından keçərək bizə Qələbə sevinci yaşadan daha 2 şəhid həmyerlimiz bu gün Naxçıvanda böyük izdihamla qarşılanaraq son mənzilə yola salınıblar.

Qəhrəman şəhidlərimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduqları şəhərlərə aparılıb.

Muradlı İlkin İlyas oğlu Şahbuz şəhərində, Nadirli Ərtoğrul Hümbət oğlu Sədərək Şəhidlər Xiyabanında son mənzilə yola salınıblar.

                                                                         Nurlana Əhmədova

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: