Ədliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu sahədə görülən işlərin davamı olaraq növbəti tədbir Babək rayonu üzrə fəaliyyət göstərən bələdiyyələrdə keçirilib.
Tədbirlərdə məlumat verilib ki, bələdiyyə mülkiyyətində olan ehtiyat fondu torpaqların hüquqi və fiziki şəxslərin istifadəsinə verilməsi muxtar respublika əhalisinin kənd təsərrüfatı məhsullarına artan tələbatının ödənilməsində xüsusi rol oynayır. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız məqsədli təyinatı üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilməlidir.
Tədbirə nazirliyin hamiliyinə verilmiş Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alan tələbələrdən ibarət “Ədliyyə könüllüləri” də dəvət olunub.
“Ədliyyə könüllüləri” bələdiyyələr tərəfindən hazırlanan protokol və qərar layihələri ilə, bələdiyyə iclasının çağırılması, əhali ilə görüşün qaydaları, daxil olan sənədlərin, daşınmaz əmlakla bağlı müqavilələrin qeydə alınması və digər məsələlər barədə ətraflı məlumat əldə ediblər.