Mobil rabitə abunəçilərinə narkomaniyanın ziyanı barədə sms göndərilməsinə başlanıb

A- A A+

Ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən abunəçilərə narkomaniyanın ziyanı ilə bağlı mərhələli şəkildə sms bildiriş göndərilməsinə başlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan NUHÇIXAN-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar iyulun 17-dən sağlam həyat tərzinin təbliği və narkomaniyanın ziyanı ilə bağlı sms bildiriş (Dövlət Komissiyasının İşçi Qrupu: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənmək və heç bir halda ondan istifadə etməməkdir! www.nmdk.gov.az, Baş Narkotiklərlə Mübarizə İdarəsi (012) 590-21-10, Respublika Narkoloji Mərkəzi (012) 455-07-61) ölkədə fəaliyyət göstərən mobil rabitə operatorları tərəfindən mərhələli şəkildə abunəçilərə göndərilməyə başlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: