Şahbuz rayonunda yaşıllıq sahələri artırılır - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, havaların əlverişli keçməsindən istifadə  edən rayon sakinləri Naxçıvan-Batabat magistralının, Badamlı, Türkeş və Ağbulaq kəndlərində yol kənarlarına bərpa məqsədilə yeni tinglər əkiblər. Aqrotexniki qaydalara uyğun aparılan əkin zamanı 1500-ə yaxın həmişəyaşıl ağac, çinar, qarağac, cəviz və rayonun iqliminə uyğun meyvə tinglərindən istifadə olunub.

Yaşıllaşdırma tədbirlərinin qarşıdakı günlərdə rayonun digər yaşayış məntəqələrindəki yol kənarlarında davam etdirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, son illər rayon ərazisində aparılan yaşıllaşdırma tədbirləri zamanı 200 hektardan artıq sahədə yeni yaşıllıq  sahələri salınıb ki, onların da əksəriyyəti meyvə bağlarıdır.

                                 Novruz Məmmədov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: